Ramiz Mehdiyev bir gənc enerjisi ilə SİNƏSİNİ QABAĞA VERİB... - NƏ BAŞ VERİR?

21-01-2022, 17:57           
Ramiz Mehdiyev bir gənc enerjisi ilə SİNƏSİNİ QABAĞA VERİB... -
Ramiz Mehdiyev bu gün açıq hədəfdədir. Görünəni odur ki, rəsmi dairələr Mehdiyevi PA-dan uzaqlaşdırdıqdan sonra yarımçıq hesab etdikləri işi başa çatdırmaq fikrinə düşüblər. Dünəndən etibarən hakimiyyətə yaxın KİV-lər eyni ağızdan oxuyurmuş kimi cənab Mehdiyevi hədəfə almaqdadırlar. Olsun... bütün bunlar təbiidir. Hər halda, Ramiz Mehdiyev hazırki qara piar kampaniyasının hansı formada həyata keçirildiyini, bu prosesin incəliklərini bizdən daha yaxşı bilir. Çünki dünənə qədər sözügedən mexanizm məhz onun əlinin altında idi. "Əlinin altında idi" də deyirik... elə Mehdiyevin özü bu "dəzgahı" formaalaşdırıb və yaxud da bu işdə yaxından iştirak edib, desək, yanılmarıq...

DİA.AZ bildirir ki, indi isə fələyin çərxi tərsinə fırlanmaqdadır. Mehdiyev öz icadının yeminə çevrilməkdədir. Bir müddət əvvəl bu "İCAD" Mehdiyevvin ən yaxın silahdaşı kimi tanıdığımız Əli Həsənovun dişində çeynəyib bir kənara atmışdı. İndi də cənab Mehdiyev çözələnir...

Əslində keçmiş PA rəhbırinin bu kimi olaylara immuniteti olmamış deyil. Ən azındfan ona görə ki köhnədən buralardadır... Həm də ona görə ki, öz icadıdır və dərdi bilirsə ona qarşı vaksinini də bilməmiş deyil.

Fakt isə faktlığında qalır. Hazırda Ramiz Mehdiyev ELM ALƏMİNİN hədəfindədir. Hər zaman öz sözünü axırda deyən ELM ALƏMİ nədənsə yüngülsaqqalıq edərək sözün başında danışmalı oldu. Bəlkə də bununla ELM ALƏMİNİN məlum hərəkətini təşkil edən qüvvələr "bizim çör=çöpümüz budur" ismarıcını yollamaq istədilər... Yəni həngamə hələ irəlidədir.

Təbii ki, istənilən halda həngamə hələ irəlidədir. Və bu həngamə Ramiz Mehdiyevi birdəfəlik olaraq arxivə yollayacaqmı, ya onun yeni nəfəs qazanması ilə nəticələnəcək... Bunu irəlidə görəcəyik. NƏSİB OLSA...

Aydın olanı isə odur ki, Ramiz Mehdiyev də usta tərpənir. Üzərinə edilən hücumları ustalıqla dəf edir. Belə də olmalı idi. Ondan da elə bekləsini gözləyirdik. Öz İCADIDIR və özü daha yaxşısını bilir.

Amma perspektivdə nələr olacaq? Bunu isə zaman göstərəcək.

Hələlik kürəyini Kremlə yansamış Ramiz Mehdiyev yaşının bu çağında bir gənc enerjisi ilə döyüşür... Hara qədər... Bunu görəcəyik.

Amma bir bildiyimiz də var. Artıq Kremlin sütunları laxlayır... Mehdiyev bir bu barədə də düşünsün...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.