15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək

2-02-2022, 10:12           
15 milyonluq mirasını övladlığa götürdüyü bu şəxsə verəcək
Macar əsilli mərhum Hollivud ulduzu Ja Ja Qaborun sonuncu, 9-cu həyat yoldaşı Frederik Prins von Anhalt ölümündən sonra mirasını buraxa biləcəyi bir kimsəsi olmadığı üçün maraqlı addım atıb.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, şahzadə Frederik titulunu və 15 milyon funt-sterlinq dəyərində mirasını vəsiyyət edə bilmək üçün 27 yaşlı Kevin adlı alman əsilli oğlanı övladlığa götürüb.

Kevin şahzadənin dostunun oğludur və razılaşmaya əsasən, o, qocaldıqdan sonra edə bilmədiyi işləri görəcək, həmçinin xəstələnəndə və ömrünün son günlərində ona baxacaq.

Qeyd edək ki, Frederik özü də Almaniyada polis ailəsində dünyaya gəlib. O, 1979-cu ildə alman şahzadəsi Auguste von Anhalt tərəfindən övladlığa götürüldükdən sonra 35 yaşında şahzadə titulu alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru