Bu məhsula milyonlar xərclənir, amma ixracdan gəlir azdır

Bu gün, 15:44           
Bu məhsula milyonlar xərclənir, amma ixracdan gəlir azdır
İlin ilk altı ayı ərzində Azərbaycan xarici ölkələrdən 73 milyon 814 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar alıb.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 737 min ABŞ dolları və ya 13.4% çoxdur.

2024-cü ilin yanvar-iyun aylarında kakao və ondan hazırlanan məhsulların alınmasına 65 milyon 77 min ABŞ dolları xərclənib.

Bu ilin yanvar-iyun aylarında xarici ölkələrə satılan kakao və ondan hazırlanan məhsulların dəyəri isə 5 milyon 895 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 201 min ABŞ dolları, yaxud da 25.58% azdır.

Qeyd edək ki, cari ilin ilk altı ayında ölkəyə gətirilən kakao və ondan hazırlanan məhsullar ümumi idxalın 0.64 faizini, xaricə satılan kakao və ondan hazırlanan məhsullar isə ümumi ixracın 0.05 faizini təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru