Ayın tədqiqi üçün robotlar İspaniyadakı mağarada sınaqdan keçirilib

Bu gün, 15:38           
Ayın tədqiqi üçün robotlar İspaniyadakı mağarada sınaqdan keçirilib
Avropalı mühəndislər İspaniyanın Lanzarote adasındakı lava mağarasında gələcəkdə Ayın səthində lava borularını tədqiq etmək üçün istifadə olunacaq üç robotu sınaqdan keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Süni İntellekt Mərkəzinin (DFKI) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, layihə Aydakı çıxıntıların mərhələli şəkildə araşdırılmasına, lava boruları şəbəkələrinə çıxışın açılmasına imkan verəcək alətlər yaratmağı nəzərdə tutur.

Sınaqların nəticələri yalnız robotların köməyi ilə Ay mağaralarının kəşfiyyatının praktik mümkünlüyünü təsdiqləmir, həm də bir neçə qarşılıqlı əlaqədə olan robotun birləşməsindən istifadənin mümkünlüyünü nümayiş etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru