Keçmiş nazir və xanımı milyonlarla dollar rüşvət almaqda təqsirli bilindilər

2-02-2022, 10:48           
Keçmiş nazir və xanımı milyonlarla dollar rüşvət almaqda təqsirli bilindilər
Keçmiş nazir - Saratov vilayətinin İnformasiya Siyasəti Komitəsinin sədri Larisa Kuznetsova və onun əri Oleq Kozlov milyonlarla dollar rüşvət almaqda təqsirli biliniblər.

Milli.Az xəbər verir ki, bu barədə lenta.ru-ya Saratov şəhərinin Oktyabrski rayon məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Məhkəmənin hökmü ilə Kuznetsova 10, Kozlov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə qadına qızı 14 yaşı tamam olana qədər 10 illik güzəşt müddəti də verib. Keçmiş nazir xüsusilə külli miqdarda rüşvət almaqda, əri isə vasitəçilikdə ittiham olunub. Rüşvətlərin ümumi məbləği 11 milyon rubldan çoxdur. Məhkəmə həmçinin ər-arvadın hər birinə rüşvətin üç misli məbləğində cərimə kəsib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru