Kəlbəcərə gedən karvanımızı Rusiya hərbçiləri ilə yanaşı, erməni “polisi” də yoxladı…-VİDEO

2-02-2022, 19:31           
Kəlbəcərə gedən karvanımızı Rusiya hərbçiləri ilə yanaşı, erməni “polisi” də yoxladı…-VİDEO
Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı Qarabağdakı erməni separatçısının yoxlaması etirazlara səbəb olub.

Sozcu.az xəbər verir ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb.

Belə ki, videoda polis uniforması geyinmiş erməni separatçısının Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür.

Bu da sosial şəbəkələrdə haqlı narazılıqla qarşılanıb. Rusiya sülhməramlıları ilə birgə Azərbaycan maşınlarını yoxlayan bu separatçı kimdir? Niyə rus sülhməramlıları buna imkan verirlər?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru