Rusiyada gəmidə yanğın baş verib, 18 dənizçi təxliyə edilib

3-02-2022, 09:44           
Rusiyada gəmidə yanğın baş verib, 18 dənizçi təxliyə edilib
Bu gün yerli vaxtla saat 05 radələrində Rusiyanın Vladivostok diyarında limanında lövbər salan soyuducu gəmidə yanğın baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

"Soyuducu gəmidə yanğın barədə məlumat daxil olandan 3 dəqiqə sonra yanğınsöndürənlərin hadisə yerinə çatıb. Gəminin ikinci göyərtəsindəki camaşırxanada tüstü müşahidə olunub və gəmidə olan 18 dənizçi sahilə çıxa bilib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb", - məlumatda bildirilib.

Yanğın, təxminən 10 kvadratmetr ərazini əhatə edib. Yanğın söndürülüb. Dəymiş ziyan və yanğının başvermə səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru