Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

4-02-2022, 10:10           
Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO
Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.

Tipik olaraq, uçan mikrorobotlar üçün gücü mühərriklərdən qanadlara ötürmək üçün dişli çarxlardan və digər mürəkkəb ötürmə elementlərindən istifadə edilir. Bu isə dizaynı çətinləşdirir və onu daha ağır edir.

Yeni ixtirada isə elm adamları süni əzələlərdən istifadə edən qanad ötürücü sistemi hazırlayıblar. Alimlər dizaynda milçək kimi uçan həşəratlardan ilhamlanıblar.

Sistem LAZA adlandırılır.


İxtiraçılar hesab edirlər ki, LAZA sistemli robotlar həşəratlar qədər kiçik ola bilər və nadir çiçəkləri tozlandırmaq, yaxud dağılmış binaların altında insanları axtarmaq üçün əlverişlidir.




Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru