Zukerberq ən zəngin 10 adam siyahısına düşə bilmədi

5-02-2022, 00:02           
Zukerberq ən zəngin 10 adam siyahısına düşə bilmədi
“Meta" (keçmiş "Facebook") şirkətinin sahibi Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.

Modern.az xəbər verir ki, bu, “Forbes”in milyarderlər reytinqində görünüb.

Hazırda onun sərvəti 84,8 milyard dollar olaraq qiymətləndirilir. Zukerberq son sutkada 29,7 milyard dollar (25,9%) itirib. “Meta” rəhbərinin kapitalının gündəlik ixtisarı indiyədək ən böyük itkilərdən sayılır. Zukerberq bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il “Tesla” rəhbəri bir gündə 33 milyard dollar itirib.

Qeyd edək ki, Zukerberq 2015-ci ildən bəri ən zəngin on adamdan biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru