Fırıldaqçılar özlərini prezidentin qohumu kimi təqdim etdilər - Qırğızıstanda film kimi OLAY

6-02-2022, 14:58           
Fırıldaqçılar özlərini prezidentin qohumu kimi təqdim etdilər -
Qırğızıstanın xüsusi xidmət orqanları özlərini prezident Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Kamçıbek Taşiyevin yaxın adamları kimi təqdim edən dələduzları saxlayıb.

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti yayıb.

“MTK özlərini Qırğızıstan Respublikasının Prezidenti Sadır Nurqojoeviç Japarovun, onun qardaşı S.N.Japarovun qohumları kimi təqdim edən, habelə Baş nazirin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri general-leytenant K.K.Taşiyev ilə yaxın münasibətdə olduqlarını bəyan edən şəxslərin izinə düşüb”, - deyə mətbuat katibi bildirib.

Müəyyən edilib ki, həmin şəxslər “Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini hədələyib, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı şəxslərə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin idxalçılarına himayədarlıq ediblər”.

Dələduzluq edən şəxslər tutulub, faktla bağlı cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.