Əflatun Amaşov jurnalistləri təhqir edən deputata yerini göstərdi

7-02-2022, 09:39           
Əflatun Amaşov jurnalistləri təhqir edən deputata yerini göstərdi
Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib

Teref.az xəbər verir ki, Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru