4,5 milyardlıq bitkoin oğurlayıb : ABŞ-da rusiyalı haker saxlanıldı

9-02-2022, 16:43           
4,5 milyardlıq bitkoin oğurlayıb
ABŞ-da 34 yaşlı rusiyalı İlya Lixtenşteyn (Rusiya və ABŞ vətəndaşlığı var) və həyat yoldaşı, 31 yaşlı Hizer Morqan saxlanılıb. Cütlük Amerika kriptovalyuta birjasından təxminən 120 min bitkoin oğurlamaqda ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, Bitfinex birjası 2016-cı ildə sındırılıb. O zaman təxminən 120 min bitkoin oğurlanıb, onların ümumi dəyəri təxminən 4,5 milyard dollar həcmində qiymətləndirilir. İzlərini gizlətmək üçün Lixtenşteyn iki min əməliyyat keçirib.

Kriptovalyutanın bir hissəsini (3,6 milyard dəyərində) qaytarmaq mümkün olub. Cütlüyü isə 20 ilə qədər həbs gözləyir.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru