Bu il neftə tələbat böhrandan əvvəlki səviyyəni üstələyəcək - OPEC

11-02-2022, 00:05           
Bu il neftə tələbat böhrandan əvvəlki səviyyəni üstələyəcək - OPEC
2022-ci ildə neftə gündəlik tələbatın artımı əvvəlki kimi 4,2 milyon barel səviyyəsində gözlənilir.

“Report” xəbər verir ki, OPEC-in fevral hesabatına görə, neft məhsullarına, xüsusilə də dizel yanacağına tələbatın artmasını şərtləndirən amillər arasında sənayenin və hava nəqliyyatının dirçəlməsi mühüm yer tutur.

Neftə gündəlik tələbatın həcmi 2021-ci ildə 96,6 milyon barel idisə, cari ildə 100,8 milyon barelədək artmalıdır ki, bu da koronavirus pandemiyasından əvvəlki 2019-cu ilə nisbətən 0,7 milyon barel çoxdur.

Hesabata əsasən, qeyri-OPEC ölkələrində gündəlik neft tədarükünün həcmi 3 milyon barel artaraq 66,7 milyon barelə çatdırılacaq. Bu artımda əsas pay sahiblərinin ABŞ, Rusiya, Braziliya, Kanada, Qazaxıstan, Norveç, Qayana olacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru