Maskın orbitə göndərdiyi peyklərin yanmasının görüntüləri yayılıb - VİDEO

11-02-2022, 08:44           
Maskın orbitə göndərdiyi peyklərin yanmasının görüntüləri yayılıb - VİDEO
“SpaceX” tərəfindən orbitə buraxılan “Starlink” rabitə peyklərinin kosmosda baş verən geomaqnit qasırğası nəticəsində yanıb məhv olmasının Yerdən görüntüləri çəkilib.

Kadrlar Puerto-Rikoda yerləşən Karib Astronomlar Cəmiyyətinə məxsus kamera tərəfindən qeydə alınıb.

Astronomların fikrincə, düşən obyektlər İlon Maskın fevralın 3-də kosmosa göndərdiyi 49 peykin bir hissəsidir. Onlardan 40-nın Yer atmosferinə düşərək yandığı ehtimal olunur.

Bir həftədə bu qədər peykin düşməsini unikal hal adlandıran astronomlar 53 şimal və cənub enlikləri arasında olan hər bir insanın bu hadisəni müşahidə edə biləcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Starlink” dünyanın kəsintisiz internetlə təmin etmək üçün planlaşdırılan bir layihədir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru