Polis təhlükəsizlik kəməri ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ - VİDEO

12-02-2022, 12:09           
Polis təhlükəsizlik kəməri ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ - VİDEO
Sürücülər bəzi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməmələrindən və bunun üçün müxtəlif bəhanələr uydurmalarından şikayətçidirlər. Onlar deyirlər ki, hətta bir çox sərnişinlər kəmərlə bağlı sürücünün xəbərdarlıqlarına məhəl qoymurlar.

Teref.az xezerxeber.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyi də təhlükəsizlik kəməri ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə sürücülərə hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini taxmaları və bütün sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etmələrinə çağırış olunub. Ancaq görünən odur ki, bəzi sürücülər bu çağırışa riayət etmirlər. Nəqliyyat eksperti İlahə Əhmədova hesab edir ki, nəqliyyat vasitəsi təhlükəsizlik kəməri ilə təchiz olunubsa, bütün sürücü və sərnişinlər ondan istifadə etməyə məcburdurlar. Qeyd edək ki, sərnişinin təhlükəsizilik kəmərindən istifadə etməməsinə görə sürücüyə cərimə nəzərdə tutulmayıb, bunun üçün yalnız sərnişin özü 30 manat məbləğində cərimə olunur. Sürücünün özünün bu qaydanı pozmasının cəriməsi isə 40 manatdır. Yalnız operativ nəqliyyat vasitəsinin sürücü və ya sərnişinlərinə, arxa oturacaqda əyləşən yaşı 12-dən az uşaqlar, təlim zamanı sağda əyləşən təlimçi, geriyə hərəkət manevri edən şəxslər və hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər.

Sözügedən videogörüntünü təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru