Ukraynada aksiya: Rusiyaya qarşı şüar, Türkiyəyə təşəkkür

13-02-2022, 09:29           
Ukraynada aksiya: Rusiyaya qarşı şüar, Türkiyəyə təşəkkür
Ukraynanın paytaxtı Kiyevdə Rusiyaya qarşı “Ukrayna üçün birlik himni” adlı nümayiş keçirilib.

Axar.az xəbər verir ki, nümayişdə Rusiya əleyhinə şüarlar səsləndirilib, keçmiş sovet əsgəri Vasili isə Rusiyanın işğalı ilə bağlı mühüm açıqlamalar verib.

Vasili müsahibəsində Türkiyəyə PUA-lara görə təşəkkürünü bildirib:

"Cənub qonşumuz Türkiyəyə minnətdarıq. Öncə mənəvi dəstəyinizə, sonra isə "Bayraqdar"a görə. Siz bu gün bizimləsiniz və görünür ki, bu hadisələrə biganə deyilsiniz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru