Evakuator sürücülərindən etiraz aksiyası

13-02-2022, 12:46           
Evakuator sürücülərindən etiraz aksiyası
Gürcüstanın Poti şəhərində evakuator sürücüləri yeni tətbiq olunan qaydaya etiraz ediblər.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, Potidə evakuator sürücüləri daşıyıcı terminallardan birinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar yeni tətbiq olunan qaydalara etiraz ediblər.

Etirazçıların sözlərinə görə, onların öhdəliyi yalnız avtomobillərin daşınmasıdır və gömrük rəsmiləşdirilməsinə görə onların üzərinə məsuliyyət qoyulması düzgün deyil.

Toplanan sürücülər cavabdeh qurumdan kömək və izahat istəyiblər.

Yeni qaydalara görə, evakuator daşıyıcıları da gömrükdən keçirdikləri məhsullara görə vergi ödəməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru