Jirinovski ölüb? – Partiya çağırış etdi

13-02-2022, 17:25           
Jirinovski ölüb? –
Rusiya Liberal Demokrat Partiyası (LDP) üzvlərini Vladimir Jirinovskinin ölümü ilə bağlı şayiələrə inanmamağa çağırıb.

Axar.az xəbər verir ki, partiya bu cür xəbərlərin hakerlər tərəfindən yayıldığını bildirib.

LDP Jirinovskinin ölümü ilə bağlı şayiələri yayanların tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Onların məsuliyyətə cəlb olunmasını tələb edirik”.

Qeyd edək ki, bir neçə gün öncə Vladimir Jirinovskinin koronavirus səbəbindən xəstəxanaya yerləşdirilməsilə bağlı məlumatlar yayılmışdı. Onun vəziyyətinin ağır olduğu qeyd edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru