İlahəxanım Məmmədovanın Qod Nisanova heç bir aidiyyatı yoxdur

17-02-2022, 08:03           
İlahəxanım Məmmədovanın Qod Nisanova heç bir aidiyyatı yoxdur
Xəbər verildiyi kimi, DİN əməkdaşlarının operativ-axtarış tədbirləri nəticəsində 51 yaşlı Bakı sakini İlahəxanım Məmmədova saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bundan öncə həmin qadının özünü tanınmış iş adamı Qod Nisanovun qohumu kimi təqdim edərək, dələdiuzluq əməlləri törətdiyinə dair mətbuatda məlumat dərc edilmişdi.

Belə ki, Azərbaycan vətəndaşı Kamil Babayevin şikayəti əsasında həbs olunan İ.Məmmədova özünü Rusiyada yaşayan məşhur iş adamının qohumu və hətta İtaliya paytaxtı Romanın merinin ögey qızı kimi təqdim edərək, Babayevdən külli miqdarda pul alıb. Əvəzində İ.Məmmədova K.Babayevə Romada restoran və mənzil alacağını vəd edərək, onu aldadıb.

Bu hadisə ilə bağlı məlumat yayan “haqqın.az” portalı istintaq materiallarına istinadla bildirib ki, İlahəxanım Məmmədovanın Qod Nisanovla heç bir qohumluq əlaqəsi və ümumiyyətlə bu iş adamına heç bir aidiyyatı yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.