“Xerson vilayətinin bir neçə icması azad edilib” - Zelenski

14-06-2022, 07:58           
“Xerson vilayətinin bir neçə icması azad edilib” - Zelenski
Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib. Bu barədə “Report” Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir.

"Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib", - o deyib.
Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir.

Xatırladaq ki, daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilib, lakin kəndlərin adları hələ açıqlanmır.

Xerson vilayətinin Rusiya qoşunlarından azad edilməsinin mərhələli şəkildə aparılacağı da bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.