İrəvanda valyutadəyişmə məntəqəsinə basqın: Qumbaranın sancağını çəkib, pulları tələb elədi

14-06-2022, 11:04           
İrəvanda valyutadəyişmə məntəqəsinə basqın:
İrəvanda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub.

Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib.

Bildirilir ki, hüquq mühafizə orqanlarına “Yerevan Siti” ticarət şəbəkəsinin supermarketlərindən birində yerləşən mübadilə məntəqəsində quldurluq hadisəsi ilə bağlı siqnal daxil olub. Əməliyyat qrupu hadisə yerinə gedib.

Məlum olub ki, maskalı şəxs əlində qumbara ilə valyutadəyişmə məntəqəsinə daxil olub, sancağı çıxarıb və içşini hədələyib, sonra isə kassadan 4,4 milyon dram (təqribən 17,8 min manat) məbləğində nağd pul götürərək, hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: EurAsiya Daily












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru