Bir sıra məhsullara idxal gömrük rüsumu TƏTBİQ EDİLƏCƏK

15-06-2022, 00:08           
Bir sıra məhsullara idxal gömrük rüsumu TƏTBİQ EDİLƏCƏK
Aktiv mayalardan maya kulturaları, quru və çörəkçilik mayaları istisna olmaqla, digərlərinə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Qeyd edək ki, bundan əvvəl maya kulturaları, quru və çörəkçilik mayaları ilə bərabər digər aktiv mayalara da idxal gömrük rüsumu tətbiq olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru