Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb

15-06-2022, 09:54           
Ukrayna Qərb tərəfdaşlarından tələb olunan silahların yalnız 10%-ni alıb
Qərb tərəfdaşları hazırda Rusiya ordusu ilə paritet yaratmaq üçün tələb olunan silahların təxminən 10%-ni Ukraynaya veriblər.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Ukrayna nə qədər səy göstərsə də, ordumuz nə qədər peşəkar olsa da, Qərb tərəfdaşlarının köməyi olmadan biz bu müharibədə qalib gələ bilməyəcəyik... Biz lazım olan silahlardan təxminən 10%-i almışıq”, - deyə Malyar çərşənbə axşamı milli telemarafonun efirində bildirib.

O vurğulayıb ki, Qərb hərbi yardımın göstərilməsini sürətləndirməlidir.

Mənbə: “İnterfaks-Ukrayna”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru