Yelloston parkı 34 ildə ilk dəfə təbii fəlakətə görə bağlandı - VİDEO

15-06-2022, 11:34           
Yelloston parkı 34 ildə ilk dəfə təbii fəlakətə görə bağlandı - VİDEO
ABŞ-da 34 ildə ilk dəfə olaraq Yelloston Milli Parkının girişinin beşi də bağlanıb.

Buna səbəb leysan yağışlara görə böyük daşqınlar olmasıdır. Parkın hər yerində elektrik enerjisinin verilişində fasilələr müşahidə olunub.

İlkin hesablamalara görə, parkın bir çox yolları ya yuyulub, ya da daş və palçığa qərq olub, bir neçə körpü zədələnib.


Proqnozlara görə yağıntılar davam edəcək, bu səbəbdən bərpa işlərinin aylarla çəkə biləcəyi deyilir.

Mütəxəssislər dağıntıların nəticələrini öyrənir.

Bundan əvvəl park 1988-ci ildə dəhşətli meşə yağınları zamanı tamamilə bağlandı.

Mənbə: France 24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru