Metro qatarının “soyuqqanlı sərnişin”i sosial şəbəkələrdə gündəm oldu - VİDEO

16-06-2022, 09:38           
Metro qatarının “soyuqqanlı sərnişin”i sosial şəbəkələrdə gündəm oldu - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində metronun sərnişinləri qeyri-adi qonaqla - nəhəng pitonla səyahət etmək şansı əldə ediblər. Görüntüləri şahidlərdən biri çəkib.

Videoda sərnişinlərin ilandan qorxmadığı, əksinə ona maraqla baxdığı əks olunub.

Bununla belə “soyuqqanlı sərnişin”in ora necə düşdüyü barədə məlumat verilməyib.


Kadrlar sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olub. Sərnişinlərin nəhəng sürünənə qarşı qeyri-adi sakit reaksiyası isə hər kəsi xüsusilə təəccübləndirib.

Mənbə: 360 TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru