Qoşun komandanı işdən qovuldu - Ukrayna müharibəsinə görə

18-06-2022, 11:53           
Qoşun komandanı işdən qovuldu - Ukrayna müharibəsinə görə
Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov vəzifəsindən uzaqlaşdırılaraq istefaya göndərilib.

Milli.Az bildirir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (Institute for the Study of War, ISW) məlumat yayıb.

Məlumata görə, A.Serdyukovun cəzalanmasının səbəbi Ukraynadakı müharibədə rusiyalı desantçıların sıralarında çox böyük və kütləvi itkilərin olmasıdır.

2014-cü ildə Krımın ilhaq əməliyyatına komandanlıq etmiş A.Serdyukov sonradan Rusiyanın Suriyadakı hərbi qruplaşmasına rəhbərlik etmişdi. Bu ilin yanvarında isə o, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana yeridilmiş kontingentinin komandanı olmuşdu.

A.Serdyukovun yerinə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin qərargah rəisi, general-polkovnik Mixail Teplinski təyin olunub. M.Teplinski əslən Ukraynanın Donetsk vilayətindəndir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru