Ukraynada rusların elit "Alfa" xüsusitəyinatlıları məhv edildi- FOTO
20-06-2022, 08:40
Ukraynada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) "Alfa" xüsusi təyinatlılarının bir qrupu məhv edilib. Xəbəri Rusiya "Telegram" kanalları yayıblar. (Aşağıda əlavə edirəm.) Hadisə iyunun 17-də baş verib. Neçə nəfərin öldüyü barədə məlumat açıqlanmır. Ölənlərdən yalnız birinin adı məlum olub: kapitan İlya Tsuprik. Rusiyanın ən elit "spetsnaz"ı salınan "AIfa"nın vəzifəsi müharibələrdə iştirak deyil, antiterror əməliyyatları keçirməkdir. "Alfa"nın Ukrayna müharibəsinə cəlb olunması Rusiya komandanlığının yüksək döyüş qabiliyyətinə malik hərbi birləşmə sarıdan çətinlik çəkdiyinə dəlalət edir. Şahin Cəfərli Teref.az