Cəzaçəkənlərin qaçmaq cəhdi ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır - Penitensiar Xidmət TƏKZİB ETDİ

21-06-2022, 09:38           
Cəzaçəkənlərin qaçmaq cəhdi ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır - Penitensiar Xidmət TƏKZİB ETDİ
Cəzaçəkənlərin qaçmaq cəhdi ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır
Penitensiar Xidmət Tərbiyə Müəssisəsində cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Teref.az-ın məlumatına görə, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatlar təmamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində? heç bir digər müəssisədə belə bir hal olmayıb".

Qeyd edək ki, bəzi saytlarda, əsasən Türkiyə mediasında Tərbiyə Müəssisəsindən 10 yaxın məhkumun qaçmağa cəhd etdiyi ilə bağlı xəbərlər yayımlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru