Qida və yem məhsullarının sınaq laboratoriyalarında tədqiqi ödənişli olacaq

25-06-2022, 08:24           
Qida və yem məhsullarının sınaq laboratoriyalarında tədqiqi ödənişli olacaq
Bu barədə Nazirlər Kabinetinə tapşırıq verilib

Qida və yem məhsullarının nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği müəyyən ediləcək. AYNA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qida təhlükəsizliyi haqqında” qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə dörd ay müddətində qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru