Rusiyaya casusluq edən şəbəkə ifşa edildi – Aralarında deputat da olub

25-06-2022, 08:18           
Rusiyaya casusluq edən şəbəkə ifşa edildi –
Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya Baş Qərargahının Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən casus şəbəkəsini ifşa edib.

“Ukrainskaya pravda” xəbər verir ki, şəbəkənin məqsədinin Rusiyaya Ukraynanı ələ keçirməyə kömək etmək olduğu iddia edilir.

Sözügedən şəbəkəyə Ali Radanın deputatı Andrey Derkaçın da daxil olduğu məlum olub.

İstintaq məlumatına görə, Andrey Derkaç müxtəlif vilayətlərdə bir sıra şəxsi mühafizə müəssisələrinin yaradılmasına rəhbərlik edib. Bildirilir ki, burada məqsəd bu strukturları Ukraynanın tez bir zamanda ələ keçirilməsində istifadə etmək olub.

Ukraynanın Təhlükəsizlik Xidməti Derkaç barəsində araşdırma başladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru