Severodonetskin meri: “Şəhər o qədər dağıdılıb ki…”

26-06-2022, 09:49           
Severodonetskin meri: “Şəhər o qədər dağıdılıb ki…”
“Severodonetsk Rusiya ordusunun tam nəzarəti altındadır, artıq Ukraynanın nəzarətində olan ərazidən şəhəri tərk etmək mümkün deyil”.

Bu sözləri Severodonetsk şəhərin meri Oleksandr Stryuk ümumkrayna telemarafonunun efirində deyib.

“Rusiya tərəfi orada öz nizam-intizamını qurmağa çalışır, şəhərə komendant təyin ediblər. Şəhər o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər ən qısa zamanda Ukraynanın nəzarətinə qayıdacaq”, - deyə mer bildirib.

Oleksandr Stryukun sözlərinə görə, şəhər əhalisinin tam təxliyyəsi hələlik mümkün deyil.

Mənbə: Segodnya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru