Xomeyninin təbliğatı artıq məkəblərdə - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular VİDEO

28-06-2022, 11:35           
Xomeyninin təbliğatı artıq məkəblərdə - Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular VİDEO
Azərbaycan məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa etdirilib.

Teref.az yenicag.az-a istinadla xəbər verir ki, bu barədə videonu “Turan Tim” “Telegram” kanalı yayıb.

İlkin məlumata görə, video Yevlax rayonundakı məktəblərin birində çəkilib.

Videodan görünür ki, müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa etdirir. Videoda müəllimin hicablı olması və Azərbaycan bayrağının yanlış asılması da diqqəti çəkib.

Sosial şəbəkə istifadəçiləri müəllimin öz dini görüşlərini şagirdlər arasında təbliğ etməsinin yanlış olduğunu bildirib və buna etiraz ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru