Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski

13-03-2023, 10:18           
Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski
Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə martın 6-dan bəri Rusiya ordusunun 1100-dən çox hərbçisi öldürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib.

Onun sözlərinə görə, çoxlu sayda rus hərbçi ağır yaralanıb. Zelenski bildirib ki, Rusiyanın onlarla texnikası və 10-dan çox silah-sursat anbarı məhv edilib.

Qeyd edək ki, Baxmut istiqamətində döyüşlər 7 aydan çoxdur davam edir. Rusiya şəhərin bir hissəsini ələ keçirdiyini iddia edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.