“Kiyev Priqojinin təxribatından istifadə edərək Baxmut istiqamətində hücuma hazırlaşır” - Rusiya Müdafiə Nazirliyi
24-06-2023, 09:06
Ukrayna “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin hərəkətlərindən istifadə edərək, Baxmut istiqamətində hücuma hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Priqojinin vəziyyəti pozmaq üçün təxribatından istifadə edən Ukrayna Baxmut taktiki istiqamətində Ukrayna Silahlı Qüvvələrinin 35-ci Dəniz Briqadası və 36-cı Mexanikləşdirilmiş Briqadasının hissələrini hücum əməliyyatları üçün başlanğıc xəttində cəmləşdirir.
Nazirlikdən bildirilib ki, Cənub Qüvvələri Qrupunun şəxsi heyəti hava və artilleriya zərbələri ilə atəş açır.