Umerov vəzifəsinin icrasına başladı

5-09-2023, 18:20           
Umerov vəzifəsinin icrasına başladı
Müdafiə naziri Oleksii Reznikovun istefaya göndərilməsi fonunda Ukrayna Prezidenti Volodimir Zelenski bu vəzifəyə Krım tatarı və keçmiş deputat Rustem Umerovun keçməsini təklif edib.

Publika.az xəbər verir ki, Ukrayna anti-korrupsiya səylərini davam etdirdiyi bir vaxtda ekspertlər Umerovun təyinatının müdafiə nazirliyində islahatların aparılması üçün düzgün addım olduğunu bildiriblər.

Xatırladaq ki, bu gün Ukrayna parlamenti müdafiə nazirinin vəzifəsindən azad edilməsini təsdiqləyib. Deputat Yaroslav Jeleznyak "Telegram"da səsvermədən sonra bildirib ki, Reznikovun vəzifədən kənarlaşdırılmasını Ali Radanın əksər üzvləri dəstəkləyib. Bazar günü Zelenski Reznikovu başqa nazirlə əvəzləcəyini söyləmiş və nazir bazar ertəsi istefa vermişdi. 2021-ci ildə vəzifəyə başlayan Reznikov Rusiyanın 2022-ci ilin fevralında işğalından sonra Kiyevə Qərbin milyardlarla dollarlıq hərbi yardımını təmin etməyə kömək edib.

Rüstəm Umerov Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı olub. Krım tatar türk xalqının lideri və Ukrayna deputatı Mustafa Əbdülcəmil Kırımoğlunun müşaviri olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun sədri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.

Prezidentin Məşvərət Şurasının Ukraynanın ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqəsi üzrə komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupundadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.