Netanyahu İsrail əsgərlərinin Qəzza zolağına daxil olduğunu iddia edib

29-10-2023, 07:46           
Netanyahu İsrail əsgərlərinin Qəzza zolağına daxil olduğunu iddia edib
İsrail hərbçiləri Fələstinin HƏMAS təşkilatının 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, iddia edib ki, dünən gecə quru qoşunları Qəzzanın qapılarından keçiblər.

"Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq”, - deyə Netanyahu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru