“The Times”: Zelenski ilə Zalujnı arasında əks-hücumla bağlı fikir ayrılığı yaranıb

29-10-2023, 00:15           
“The Times”: Zelenski ilə Zalujnı arasında əks-hücumla bağlı fikir ayrılığı yaranıb
“Zalujnı Ukrayna ordusunun əks-hücumunun demək olar ki, başa çatdığını hesab edir, amma Zelenski bununla razılaşmır”

Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnı və ölkə Prezidenti Volodimir Zelenski arasında əks-hücumun başa çatması ilə bağlı fikir ayrılığı yaranıb. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilib ki, Zalujnı Ukrayna ordusunun əks-hücumunun demək olar ki, başa çatdığını hesab edir.

“Komandan Ukraynanın əlində olanı qoruyub saxlamağın və gələn il üçün əməliyyata hazırlamağın doğru olduğunu düşünür. Lakin Prezident Zelenski bununla razılaşmır”, - deyə məqalədə qeyd olunub.

Bildirilir ki, eyni zamanda, Ukrayna rəhbəri anlayır ki, Qərb ölkələrinin səbiri hədsiz deyil.

Qəzet qeyd edir ki, o, yay əks-hücumunda daha çox uğurun əldə olunmamasından məyusdur.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru