Dağıstandakı insidentlə bağlı 60 nəfər saxlanıldı

30-10-2023, 10:25           
Dağıstandakı insidentlə bağlı 60 nəfər saxlanıldı
Dağıstanda hüquq-mühafizə orqanları Mahaçqala hava limanında baş verən iğtişaşlarda iştirak edən 150-dən çox şəxsin kimliyini müəyyən edib.

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, onlardan 60 nəfəri artıq saxlanılıb.

Aksiya zamanı 20-dən çox insanın yaralandığı bildirilir. Onlar arasında həm polis, həm də mülki şəxslər var.

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov etiraz aksiyasından sonra cinayət işinin açıldığını qeyd edib.

Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. İnsidentlə bağlı hava limanı bağlanıb. Aeroportun oktyabrın 31-i fəaliyyətini bərpa edəcəyi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru