İsrail ordusu Qəzza zolağına əlavə qüvvələr daxil edib

31-10-2023, 08:17           
İsrail ordusu Qəzza zolağına əlavə qüvvələr daxil edib
İsrail ordusu Qəzza zolağına əlavə hərbi birliklər daxil edir və anklavda quru əməliyyatının miqyası genişlənməkdə davam edir.

Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Ordu qüvvələri Qəzza zolağında quru əməliyyatını genişləndirməkdə davam edir. Əlavə piyada, tank əleyhinə və mühəndis hərbi birlikləri quruda, havada və dənizdə koordinasiyalı əməliyyatları tam qüvvə ilə davam etdirmək üçün Qəzzaya daxil olur. Son sutka ərzində qüvvələrimiz onlarla terrorçunu məhv ediblər. Müharibə planı planlaşdırıldığı kimi həyata keçirilir və məqsədlərimizə uyğun olaraq icra ediləcək”, - Haqari əlavə edib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru