İFŞA OLUNAN 275 NÖMRƏLİ MƏKTƏBİİN DİREKTORUNUN BAŞI DƏRDDƏ:

2-08-2016, 17:18           
İFŞA OLUNAN 275 NÖMRƏLİ MƏKTƏBİİN DİREKTORUNUN BAŞI DƏRDDƏ:
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbin rüşvət siyahısının surəti və müəllimlərin onlara qoyulan haqqa etiraz etdiklərini əks etdirən audio disk barədə məlumat «Dəryaz» qəzetinin veb-səhifəsində oxuculara təqdim olunandan və problemlə bağlı redaksiyamızın Baş Prokurorluğa məktubla müraciətindən sonra prokurorluq məsələni araşdırmaq üşün Bakı Şəhər Prokurorluğuna və Təhsil Nazirliyinə rəsmi məktubla müracıət edib. Eyni zamanda Suraxanı rayon prokurorluğunda da araşdırma aparılır.Maraqlıdır ki, Suraxanı rayon prokurorluğunun işçiləri məktəb direktorunun rüşvət siyahısının tərtibçisinin dəsti-xəttinin tanınması, audio-materialdakı səslərin sahiblərinin müəyyənləşdirilməsi, bankomatlardan «ölü canlar»ın adına yazılmış maaş pullarını çıxaran şəxslərin görüntülərinin çıxarılması istiqamətində heç bir iş aparmağa həvəs göstərməmişlər. Halbuki, onlar bu məsələdə redaksiyaya nisbətən müqayisəolunmaz dərəcədə böyük səlahiyyətə malikdirlər. Əksinə, materialları redaksiyaya ötürən mənbənin tərəfimizdən açıqlanmasını istəyirlər. Kim zəmanət verə bilər ki, bu, məktəb direktorunun sifarişi deyil və açıqlanacağı təqdirdə həmin mənbəyə təzyiq göstərilməyəcək? Bu yerdə xatırlatmağımıza dəyər ki, KİV haqqında qanuna görə, redaksiyanın məlumat mənbəyini gizli saxlamaq hüququ var. Hörmətli oxucularımızın yüksək diqqətini daha bir ilginc məqama cəlb etmək istəyirik. Sözügedənb məktəbdə baş alıb gedən korrupsiya hüquqpozmaları ilə bağlı material təqdim olunan kimi direktor Elmira İsmayılova «tez-bazar» məvacibini mənimsədiyi «ölü canları» işdən çıxarmışdır. Elmira müəllimənin özü haqda mənfiyə doğru dəyişən ictimai rəyin balansını qorumaq üçün xidmətindən istifadə etdiyi saytlar barədə. Sifarişlə işləyən, E. İsmayılovanı az qala mələk kimi təqdim edən həmin saytlara nəzər yetirəndə məlum olur ki, «buqələmun»durlar. Məsələn, Suraxanı RİH başçısı cənab İlqar Abbasovu, yaxud, Bakı Baş Təhsil İdarəsini dünən tərifləyiblərsə, bu gün sərt tənqid ediblər. İstisna deyil ki, çörəyi dizlərinin üstündə olan belə sayt rəhbərləri günlərin bir günü Elmira müəllimənin özünə də arxa çevirəcəklər. İsmayılovanın məktəb direktoru maaşı ilə ərsəyə gətirdiyi ölçüyəgəlməz varidatını hesablamaq cəhdlərimiz davam etməkdədir. Onun Köhnə Günəşlidə İnqilab İsmayılov küşəsində ikimərtəbəli obyektinin qonşuluğundakı sakinlərdən öyrənə bildik ki, sahibəsi həmin obyekti artıq icarəyə verib.



Onu hal-hazırda Saleh adlı bir nəfər işlədir Yerinə çatdıq ki, xanım direktor Yasamalda daha bir villa tikdirir,(yaxın günlərdə həmin villanın da fotosunu təqdim edəcəyik) Şamaxının bir neçə yerində torpaq sahəsinə yiyələnib. Səhih məlumata görə artıq əndişəyə düşən Elmira İsmayılova müəllimlərə, şagirdlərə, valideynlərə yalvar-yaxar etməklə məşğuldur ki, büdrədiyi bu ərəfələrdə ondan şikayətçi düşüb badalaq vurmasınlar. Digər tərəfdən də, şikayət etmək potensialı daşıyan şəxslərə eyham vurmağı da unutmur ki, əks təqdirdə onları çox pis aqibət gözləyir. Elmira xanım arxayın olsun, bəlkə də onun üçün adı 20.000

manat zinət əşyasını rüşvət almaqda hallanan Məhəbbət xanımı, digər korrupsiyaya meylli şəxsləri susdurmaq, öz tərəfinə çəkmək asandır, amma təhsildə tərəqqiyönlü islahat aparmağa qəti qərar vermiş nə M. Cabbarovu, nə də bu müstəvidə hörmətli nazirə etbarlı tərəf müqabili olan «Dəryaz»ı susdura bilməyəcək.!

P.S. Maraqlı hal odur ki,hüquq- mühafizə orqanları Elmira İsmayılovanın korrupsiya əməllərini araşdırmasına səy göstərdiyi halda Təhsil Nazirliyi və Bakı şəhər Baş Təhsil İdarəsi niyə susmağa üstünlük verir. Doğrudanmı, direktorun dediyi kimi, bu rüşvət dəftərindən onların xəbəri var. Doğrudanmı o, vaxtilə Məhəbbət xanım Vəliyevaya kömək edib və o Elmira İsmayılovanın qarşısında gözükölgəlidir. Bəs, cənab Mikayıl Cabbarov necə? Deyilənlərə görə ,Nazirliyə daxil olan məktublar ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət müəllimin «bığ»ının altından keçir və o,istədiyi məktubları»kömrük»dən buraxmır.Elə bu səbəbdən də,məktubun nazirə çatıb çatmaması barədə soruşduqda,Cəsarət müəllim nə cavab versə yaxşıdır.Məktub çatıb,ancaq məktubda heç nə yoxdur. Bız məcbur olub 3-cü dəfə həmin məktubu yenidən nazirliyə göndərməyimizə,əlavə olaraq Baş Prokurorluğa göndərdiyimiz məktub araşdırılması üçün Təhsil Nazirliyinə ünvanlanmasına
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.