Bayden paketdə çipslərin sayının az olmasından şikayətlənib

13-02-2024, 07:59           
Bayden paketdə çipslərin sayının az olmasından şikayətlənib
ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan ABŞ şirkətlərinin vicdansız fəaliyyətindən şikayətlənib.

“Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirmisiz. Qiymət eyni olsa da, içki şüşələri kiçilib, çips paketlərində isə daha az çips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin buna əhəmiyyət verməyəcəyinə inanırlar”, - Ağ Ev rəhbəri qəzəblənib.

Bayden qida şirkətlərini insanları aldatmağı dayandırmağa və şrinkflyasiyanı (istehsalçı, satış qiymətini saxlayaraq qablaşdırmada məhsulun miqdarını, həcmini və ya çəkisini azaldan) dayandırmağa çağırıb.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru