İşçisini döyən televiziya müdiri məhkəməyə verildi-QALMAQAL BÖYÜYÜR

7-08-2016, 13:50           
İşçisini döyən televiziya müdiri məhkəməyə verildi-QALMAQAL BÖYÜYÜR
Tovuzdakı “Türkel Televiziyası” (TTV) ətrafında qalmaqallar səngimək bilmir. Günlərdir işçisini döyərək mətbuatın gündəmindən düşməyən telekanal rəhbəri Nadir Şəfiyev məhkəməyə verilib. Bu barədə gununsesi.info-ya telekanalın əməkdaşı Asim Cəfərov danışıb:”Mən də öz növbədə prokurorluq orqanlarına və məhkəməyə müraciət etmişəm. Nadir müəllim tərəfindən yeyilən əmək haqqımın alınması və məni qeyri-qanuni işdən çıxardığı üçün. Hər ilin fevralında özünə ad günü hədiyyələri aldırır. Qızıl hədiyyəsi. Hədiyyə pulu verə bilmədiyim üçün məni “qara siyahısına” saldı. Daha sonra isə, mənə “gətirdiyim işçini öyrətməsən, sənlə vidalaşacağıq” , – deyə göstəriş verdi. Mənsə dedim ki, bu, müqaviləmizdə yoxdur ki, mən, “qohumum” dediyiniz adamı öyrədim. Öz işimi görmək üçün çalışıram. Bundan sonra rəsmi şəkildə müdriyyətin bu hərəkətinə etiraz ərizəsi yazdım. Çox keçmədi ki, məni öz istəyim və ərizəm olmadan işdən çıxartdı. Əgər öz istəyimlə ərizə yazmışamsa, göstərsinlər, görək, kim haqlıdır.

Camaatı belə kütləvi şəkildə qeyri-qanuni işdən çıxarmaq olmaz. Ümumilikdə, Nadir müəllim TTV-ni “Türkel Tv” yox, tayfa tv-yə çevirib. Baxın, görün ki, bu, necə regional kanaldır ki, burada Tovuzdan çox, Bakıdan gətirdikləri çalışır?! Özü də çox yüksək məvacibə. Görünüb ki, insanlar bölgələrdən paytaxta yüksək əmək haqqı üçün axışırlar. Amma TTV-də bu, tərsinədir.

Mənim də digər əməkdaşlar kimi Nadir müəllimdən narazılğım çoxdur. Son ayda çalışdığım əmək haqqqımı yeyib, vermir. Üstəlik, nə kompensasiyamı verib, nə də qalıq məzuniyyətimin pulunu. Mən bu işi belə buraxmayacam.

Qeyd edək ki, bir müddət öncə telekanalın müdir tərəfindən döyülən əməkdaşı Vüqar Kərimov da məsələ ilə bağlı Tovuz Rayon Prokurorluğuna müraciət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl TTV-nin müdiri Nadir Şəfiyevin öz işçisini döyməsi xəbərini ilk dəfə Gununsesi.info saytı yazmışdı. Xəbərdə bildirilirdi ki, o, səsyazma otağına gələrək işçiləri “qeyrətsiz” deyə təhqir etmiş, səs rejissoru Vüqar Kərimovla isə əlbəyaxa olmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.