Almaniya kansleri Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqlayıb

7-04-2024, 12:24           
Almaniya kansleri Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqlayıb
Almaniya kansleri Olaf Şolts şənbə günü Almaniyanın Kiyevi dəstəkləmək səylərindən geri çəkilməyəcəyini söyləyərək Qərbi Rusiya ilə müharibədə Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Buxarestdə Avropa Sosial Demokratlar Partiyasının toplantısında çıxış edən Şolts Rusiya ilə NATO arasında mümkün münaqişə də daxil olmaqla, hər hansı eskalasiyanın qarşısını almağın ən yaxşı yolunun "effektiv çəkindirmə" olduğunu bildirib.

"Ukraynadakı müharibə Rusiya prezidenti Vladimir Putin qoşunlarını geri çəkmək qərarına gələndə başa çatacaq. Lakin o, bu qərarı yalnız döyüş meydanında müharibədə qalib gələ bilməyəcəyini anladıqda qəbul edəcək", - deyə ölkəsi Ukraynaya 28 milyard avro hərbi yardım ayıran Şolts bildirib.

"Ona görə də biz avropalılar təhlükəsizliyimizə və müdafiəmizə daha çox sərmayə qoyuruq ki, heç kim bizə hücum etməyə cəsarət etməsin. Bu həm də dar şəxsi maraqları bir kənara qoymaq və güclü və əsl Avropa müdafiə sənayesi qurmaq deməkdir", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru