ABŞ 2 müsəlman qadına 17,5 milyon ödəyəcək

8-04-2024, 09:14           
ABŞ 2 müsəlman qadına 17,5 milyon ödəyəcək
Nyu York məhkəməsi ABŞ vətəndaşı olan iki müsəlman qadına 17,5 milyon dollar ödənilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, polis onları saxladıqdan sonra hüquqlarını pozub, şəkil çəkdirməzdən əvvəl hicablarını çıxarmağa məcbur edib:

"İddia cümə günü Manhetten federal məhkəməsinə verilib və ABŞ-nin dairə hakimi Analisa Torresin təsdiqini tələb edir. Hüquqi ödənişlər çıxıldıqdan sonra ümumi ödəniş təxminən 13,1 milyon dollar olacaq. Proqramın 3600-dən çox uyğun iştirakçısı müraciət edərsə, məbləğ arta bilər.

Zərərçəkənlər - Cəmilə Klark və Ərva Əzizin iddiasına görə, onlar polisin keçən il fotoşəkil çəkdirmək üçün hicablarını çıxarmağa məcbur edildikləri zaman utanc və travma hissi keçiriblər. Hər ikisi mühafizə qaydalarını pozduqlarına görə həbs ediliblər".

Qeyd olunur ki, bu yaxınlarda qəbul edilmiş qanuna görə, polis silah və ya qaçaqmal axtarışı üçün müvəqqəti olaraq hicabı ancaq eyni cinsdən olan məmurlar tərəfindən təkbətək olan halda çıxartdıra bilər. Bununla belə, 16 mart 2014-cü il və 23 avqust 2021-ci il tarixləri arasında baş örtüklərini çıxarmağa məcbur edilən şəxslərin kompensasiya almaq hüququ var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.