İran İsraildəki hədəfləri vura bilən 9 növ raket istehsal edir

8-04-2024, 08:24           
İran İsraildəki hədəfləri vura bilən 9 növ raket istehsal edir
İran İsraildəki hədəfləri zərərsizləşdirmə gücünə malik 9 növ raket istehsal edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “ISNA” nəşri məlumat yayıb.

Açıqlanan siyahıya “Sajil”, “Xeybar”, “Emad”, “Shahab-3”, “Ghadr”, “Paveh”, “Fattah-2”, “Xeybar Shekan” və “Haj Qasem” ballistik raketləri daxildir.

“İsrail rejiminin Dəməşqdəki İran konsulluğuna hücum cinayətindən sonra İranın bu cinayətə cavabı İsrailə ağır kölgə salacaq”, - deyə nəşr yazıb.

Qeyd edək ki, aprelin 1-də Suriyanın müdafiə nazirliyi İsrailin zərbəsi nəticəsində İranın Dəməşqdəki konsulluğunun tamamilə dağıdıldığı barədə məlumat yayıb. Həmin vaxt binada olanların hamısı xəsarət alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru