Rusiyada yaşlı qadın evində vampir olduğunu iddia etdi
8-04-2024, 16:58
Rusiyanın Kursk vilayətində 82 yaşlı qadın axşam yeməyində onun qanını içdiyini iddia etdiyi naməlum vampirin saxlanılması tələbi ilə polisə müraciət edib.
Onun sözlərinə görə, naməlum şəxs iz buraxmamaq üçün qanı şprislə götürür və bir neçə dəfəyə onu içir. Təqaüdçü polisə izahat verib ki, naməlum şəxs bunu qəsdən edir ki, heç kim ona inanmasın.
Yaşlı qadın qonağını uzun dişləri və eybəcər üz cizgiləri olan kişi kimi təsvir edib. Polis təqaüdçünü sakitləşdirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları gələcəkdə psixiatriya xəstəxanasının komandası ilə qadına baş çəkməyi planlaşdırırlar.