“X”də YENİLİK: Neyroşəbəkə funksiyası istifadəyə verildi

8-04-2024, 17:53           
“X”də YENİLİK: Neyroşəbəkə funksiyası istifadəyə verildi
Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsində ödənişli “Premium+” abunəsi olan istifadəçilər “Grok” “chatbot”undan istifadə edə biləcəklər.

Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

“Grok”, böyük dil modelinə əsaslanaraq “xAI” tərəfindən hazırlanmış generativ süni intellekt “chatbot”udur. Bu “chatbot” Maskın təşəbbüsü ilə “OpenAI”nin “ChatGPT”sinə cavab olaraq yaradılıb.

Əvvəlcə o, ayda 16 dollara başa gələn “Premium+” abunəçiləri üçün əlçatan olub.

Qeyd olunub ki, Mask bu xidmətin “OpenAI”nin “ChatGPT”si və ya “Google”un “Gemini”si kimi daha çox insan üçün əlçatan olmasını istəyir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru