Bu vərdişlər dərini yaşlandırır

9-04-2024, 16:08           
Bu vərdişlər dərini yaşlandırır
Gündəlik həyatda bilmədən etdiyiniz bəzi vərdişlərin dərinizə zərər verə və yaşlandıra biləcəyini bilirsinizmi? Bəs hansı davranışlar və ya hərəkətlər dərimizə zərər verir? Yaşlandıqca bir çox xəstəliklər üzündən dəri elastikliyini itirir və deformasiyaya uğramağa başlayır. Ona görə də gənc yaşlarımızdan dərimizə yaxşı qulluq etməliyik. Gündəlik həyatımızda fərqinə varmadan dərimizə zərər verə biləcək bəzi vərdişlərimiz olur. Bu vərdişləri dəyişmək çətin olsa da, dərimizin sağlamlığı üçün bu dəyişiklikləri etmək məcburiyyətindəyik.Foodinfo.az dərini yaşlandıran bəzi vərdişləri təqdim edir:Həddindən artıq qəhvə istehlakı: Qəhvə sidikqovucu xüsusiyyətlərinə görə susuzluğa səbəb ola bilər. Bu, dərinizin nəmini itirməsinə və qırışmış, solğun bir görünüş almasına səbəb ola bilər. Gözləri ovuşdurmaq: Daim göz ətrafını ovuşdurmaq dərinin zərif strukturunu zədələyə və erkən qocalma əlamətlərinə səbəb ola bilər. Qarın üstə yatmaq: Qarın üstə yatmaq da dərinizdə qırışlara səbəb ola bilər. Üzünüzü yastığa basdığınız zaman dəridə arzuolunmaz xəttlər görünə bilər.Günəşdən qoruyucu istifadə: Bir çox makiyaj məhsulları günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı lazımi qorunma təmin edə bilmir. Günəşdən qoruyucu kremlərdən istifadə dərinin qocalmasını ləngitməklə dərinizin uzun müddət gənc qalmasına kömək edir. Dodaqlarınızı yalamayın: Dodaqlarınızı yalamaq ani rahatlama təmin etsə də, dodaqlarınızın nəmini itirməsinə və çatlamasına səbəb ola bilər. Tüpürcək dodaqlarınızın qoruyucu təbəqəsini zədələyə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.