Azərbaycanda məhkəmələr vergi orqanlarının tələblərini pozur“ - Hesablama Palatası

10-04-2024, 07:04           
Azərbaycanda məhkəmələr vergi orqanlarının tələblərini pozur“ -
Azərbaycanda 100-dən çox sayda məhkəmə orqanlarının mövcud olmasına baxmayaraq yalnız bir neçəsi vergi orqanlarında qeydiyyatdadır ki, belə vəziyyət qanunvericiliyə əsasən digər hesabatlılıq (əmək qanunvericiliyi üzrə, sosial ayırmalar və vergi qanunvericiliyi üzrə və s.) öhdəlikləri ilə yanaşı "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu (4.7-ci maddəsi) ilə müəyyən edilən hesabatlılıq öhdəlikləri ilə də (məhkəmə orqanlarının dövlət rüsumu tutulan əməliyyatları həyata keçirən qurum olduğu nəzərə alınmaqla) uyğunsuzluqların yaranmasını şərtləndirir.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Qeyd edilib ki, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır”.

Vergi Məcəlləsinin 33-cü maddəsi ilə isə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə hüquqi şəxslərin olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınmasına dair tələblər müəyyən olunub.

Təhlillə əldə olunmuş məlumatlar 2022-ci ildə vergi orqanlarında qeydiyyata alınmış (yəni, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan) məhkəmələrin sayının 2021-ci illə müqayisədə 1 (bir) vahid azalaraq 13 (on üç) məhkəmə orqanından (Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyata alınmışlar nəzərə alınmadan) ibarət olduğunu göstərib. Dövlət qeydiyyat nömrəsi olan 13 (on üç) məhkəmə orqanından yalnız 6-ı (altısı) tərəfindən dövlət rüsumunun tutulması haqqında hesabatların təqdim edildiyi aşkar olunmuşdur ki, bu da dövlət rüsumlarının hesablanması və ödənilməsi prosesinin ünvanlı (fərdi) şəxsi vərəqə prinsipilə uçotunun təşkilini mümkünsüz edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.