Tovuzda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

10-04-2024, 09:58           
Tovuzda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
Tovuz şəhəri, M. Musayev küçəsində yerləşən, hüquqi şəxs “Tovuz Taxıl” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin mövcud olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu və anbarlarla təmin olunmadığı, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı aşkar edilib.Faktla bağlı müəssisənin səlahiyyətli nümayəndəsi barəsində inzibati protokol tərtib edilib, müvafiq tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru